– musiqidə zaman vahidindəki payların (hissələrin) sayı ilə müəyyən edilən hərəkət sürətidir. T. musiqi əsərinin ifasının mütləq sürətini müəyyənləşdirir.
T. xüsusi italyan terminləri ilə işarə olunur: məs., allegro, andante, tempo di marsia və s.
Əsərin xarakteri, üslubu, janrı müəyyən templə bağlıdır. Metronom vasitəsilə T.-in daha dəqiq təyin edilməsi mümkündür. T.-in doğru təyin edilməsi dirijorun bacarığından, təcrübəsindən, ənənələrə riayət etməsindən asılıdır.