Üçsəsli

– üç səsdən ibarət tersiyalarla qurulmuş akkord. Tərkibindəki səslərin adı və rəqəmlə işarəsi: 1 - əsas ton (prima), 3 – tersiya tonu (tersiya), 5 – kvinta tonu (kvinta).



Üçsəslinin interval tərkibi ardıcıl iki tersiyadan və bir ümumi kvintadan ibarət olur. Bu intervalların keyfiyyəti üçsəslinin strukturunu müəyyən edir; bundan asılı olaraq, üçsəsli böyük, kiçik, artırılmış və əksildilmiş şəkildə ola bilir.

Üçsəslinin növləri və strukturu:

Böyük üçsəsli (major üçsəsliyi) – böyük tersiya (b3)+kiçik tersiya (k3); yekunda (kənar səslər arasında) – xalis kvinta (x5). Kiçik üçsəsli (minor üçsəsliyi) – k3+b3; yekunda – x5. Artırılmış üçsəsli – b3+b3; yekunda – art.5 Əksildilmiş üçsəsli – k3+k3; yekunda - əks.5 Üçsəsıinin iki dönməsi var: sekstakkord, kvintsekstakkord.

Copyright © Musigi Dunyasi, 2007