Lad

– müxtəlif səslər, pərdələr məcmusunun bir vahid əsas kök ətrafında birləşməsi.

Musiqidə hər səsin, hər pərdənin öz mövqeyi və öz xüsusi keyfiyyəti var. Bu keyfiyyət ayrı – ayrı pərdələr arasında müəyyən qarşılıqlı münasibət yaratmış olur ki, bu da, nəticə etibarı ilə, bütün pərdələrin Mayəyə doğru olan meyl və istiqaməti ilə səciyyələnir (bax: Mayə).

Məqam – bir – birinə tərəf meyl göstərən, yönələn və bir sabit səs (mayə) ətrafında toplaşan müxtəlif yüksəklikdə (ucalıqda) olan musiqi sədalarının qarşılıqlı münasibət sistemindən ibarətdir.
Copyright © Musigi Dunyasi, 2007