Melodik ladlar

– bir sabit səsə (tonikaya) doğru meyl edən və pillələr arasında əsasən sekunda melodik cazibəsinə əsaslanan ladlar. Melodik ladlar müxtəlif xalqların milli musiqisinin əsasını təşkil edir və peşəkar bəstəkarların yaradıcılığında istifadə olunur.

Melodik ladlar diatonikxromatik olur:
- diatonik ladlara: ionik, lidik, miksolidik, dorik, frigik, eolik ladlar aiddir.
- xromatik ladların tərkibi xromatik səssırasından (tonikadan yuxarı artırılmış və əksildilmiş intervallardan) ibarət olur.
- şifahi ənənəli Azərbaycan musiqisində istifadə olunan əsas ladlar: rast, şur, segah, çahargah, şüştər, bayatı-şiraz, hümayun.
Copyright © Musigi Dunyasi, 2007