Polifoniya
(yunan poly – çox, phone – səs; hərfi: çoxsəslilik)

- 1.Eyni vaxtda səslənən bir neçə bərabər hüquqlu və müstəqil bədii əhəmiyyətli melodik xətləri cəmləşdirən çoxsəslilik.

Polifonik musiqidə uzlaşdırılan melodik xətlər müxtəlif intonasiya və ritmik quruluşa, kulminasiya və kadanslara malik olsa da müəyyən qayda-qanunlara əsaslanaraq, birgə səslənmədə qovuşur.

Polifoniyanın növləri: kontrast polifoniya (bax: kontrapunkt), imitasiyalı polifoniya (bax:imitasiya), səsaltı polifoniya.

2.Polifonik quruluşlu çoxsəsliliyi öyrənən elm.
Copyright © Musigi Dunyasi, 2007