Açar

- Hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir.

Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır.

Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur:

1. kiçik oktavanın fa səsi – Bas açarı; o cümlədən, Fa sisteminə aid olan açarlar bunlardır: basprofund açarı, bariton açarı.

2. birinci oktavanın sol səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, Sol sisteminə aid olan açar – qədim fransız açarı.

3. birinci oktavanın do səsi – Alt açarı; o cümlədən, Do sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Copyright © Musigi Dunyasi, 2007