A kapella
(ital. capella – kiçik kilsə, sovməə)

– orta əsrlərdə katolik kilsəsində musiqiçilər üçün ayrılan yer.

Əvvəllər kilsə musiqiçiləri yalnız müğənnilərdən ibarət olduğu üçün kapella sözü xoru bildirirdi, sonralar isə kilsə musiqisində alətlərdən istifadə olunması və kübar musiqinin inkişafı ilə əlaqədar olaraq hər hansı bir yerdə (kilsədə və ya sarayda) xidmət edən musiqiçilər qrupu Kapella adlandırılmağa başladı.

A kapella ifadəsi (ital.– a capella – “kapella üslubunda” deməkdir) xorun müşayiətsiz oxunması mənasında istifadə olunur.

- Üzeyir Hacıbəyov. «Ey, Vətən». İfa: ART xoru.
Copyright © Musigi Dunyasi, 2007