Akkordeon
(fr. accordéon)

– xromatik qarmon növü.

Sağ əl üçün fortepiano – orqan tipli klaviaturaya və səslərin oktavalı ikiləşməsinə, tembr dəyişilməsinə imkan verən registr çevrilmələri üçün mexanizmə malikdir. Bas səslərdə hazır major–minor üçsəsliləri, dominant septakkordlar və əksildilmiş septakkordlar verilir. Qalın, dolğun səsə malik alətdir. Klaviaturanın həcmi f–a³ diapazonundadır.
Copyright © Musigi Dunyasi, 2007