Alleqro
(ital. allegro, ixt. all-o – şən, gümrah, sevincli, fərəhli, nəşəli, sürətli)

– 1.Cəld hərəkətli, sürətli addımlara və qaçışa uyğun temp göstəricisi.

2.Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes.

3.Sonata silsiləsinin ilk hissələrinin adı. “Hər hansı bir simfoniyadan Alleqro” və ya “hər hansı bir sonatadan Alleqro” ifadələri həmin əsərlərin birinci, cəld hissəsini bildirmək üçün istifadə olunur. 4. Sonata alleqrosu.
Copyright © Musigi Dunyasi, 2007