Alt
(lat. altus –tenora nisbətən zil səs)

- orta əsrlərdə tenora xor musiqisində əsas oxuma partiyası həvalə olunurdu.

1.Alçaq qadın səsi: kontralt kimi.

2.Xorda – kontralt və ya messo – soprano kimi.

3.Alçaq uşaq səsi; diapazonu kiçik oktavanın lya səsindən ikinci oktavanın mi səsinə kimi geniş həcmdədir; notlar skripka açarında yazılır.

4.Skripkaya oxşar yayla çalınan simli musiqi aləti, lakin böyük ölçüdə olduğundan daha alçaq registrdə səslənir (ital. viola). Simlərin düzülüşü: IV–c, III–g, II–d¹, I–a¹; skripkanın düzülüşündən 1 kvinta aşağı; kiçik oktavanın do səsindən üçüncü oktavanın mi səsinə qədər diapazonda daha çox istifadə olunur; notlar alt və skripka açarlarında yazılır.

A.-da çalma üsulları və ştrixləri skripkada olduğu kimi eynidir, lakin səsi daha az parlaqdır; solo alət kimi az rast gəlinir;

A. qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur. A. – simli kvartetin vacib üzvüdür, kamera ansambllarında da istifadə olunur.

Partituralarda A. partiyası skripkanın partiyasından aşağıda yazılır.

5.Oval formalı, genişmenzuralı mis nəfəs aləti. Diapazonu böyük oktavanın lya səsindən birinci oktavanın si–bemol səsinə kimidir. A. in Es – də 1 tondan başqa tona keçən alətlərə aiddir; notlar skripka açarında, səslənməsindən böyük seksta yüksəkdə yazılır.

A. nəfəsli orkestrlərdə və ansambllarda istifadə olunur, müşayiət edən orta səslərdən birini ifa edir.

6. Çoxsəsli musiqidə səslənməyə görə ikinci yüksəkliyin istifadə olunan adı, yəni – alt səsi.
Copyright © Musigi Dunyasi, 2007