Alterasiya
(lat. alterare – dəyişmək, dəyişdirmək)

– hər hansı bir səsin adını dəyişmədən yarımton yüksəlməsi və ya enməsi.

A. işarələri bunlardır: diyez, bemol, bekar, dubl – diyez, dubl – bemol.

A. işarələri qoyulur:

a) aid olduqları notdan əvvəl; bunlara təsadüfi işarələr deyilir, yalnız notun yazıldığı xanənin sonuna qədər, bir oktavada həqiqidir;

b) açardan sonra, not sətrinin əvvəlində; açar işarələri adlandırılır, pyesin sonuna qədər və ya işarələrin dəyişməsinə qədər bütün oktavalarda həqiqidir.

Bax: Tonallıq. Məqam alterasiyası. Açar işarələrinin dəyişməsi.
Copyright © Musigi Dunyasi, 2007