Sonata silsiləsi

– dörd və ya üç hissədən ibarət instrumental pyes: birinci hissə - tez tempdə, sonata formasında yazılır; ikinci hissə - ağır tempdə (şərti olaraq andante qəbul olunmuşdur), lirik xarakterdə, üçhissəli formada, variasiya və ya sonata formasında olur; üçüncü hissə - rəqs xarakterli olur – menuet və ya skerso, üşhissəli formada yazılır (orta bölməsi kontrast lirik xarakterli trio); dördüncü hissə - final, ən tez tempdə, bayram əhval-ruhiyyəli, bəzən dramatik xarakterli rondo, variasiya və ya sonata formasında yazılır. Bəzən bu kimi silsilədə II və III hissələrin yerdəyişməsinə yol verilir.

Üç hissədən ibarət sonata silsiləsində adətən rəqs xarakterli hissə olmur, final isə rəqs xarakteri daşıyır.

Sonata, simfoniya, konsertinstrumental ansambl əsərləri sonata silsiləsi formasına əsaslanır.
Copyright © Musigi Dunyasi, 2007