Arfa
(ital. arpha)

– üçbucaq formasında çərçivənin içərisinə müxtəlif uzunluqda və kökləmədə simlər çəkilmiş, barmaqla çalınan simli alət.

Qədim dövrlərdə yaranmış A. XIX əsrin əvvəllərində təkmilləşdirilmişdir.

Müasir A. 46 simli olur: səs düzümü bemollu (do–bemol, re–bemol, mi–bemol və s.) pillələrdən ibarətdir və yeddi pedalın vasitəsilə yenidən köklənir; hər bir pedal eyni bir vaxtda bütün oktavalarda (kontraktavada Ces və Des səslərindən başqa) eyni adlı səsləri yarımton və ya bir ton yüksəldir. A.-nın simlərinin köklənməsi latın əlifbası ilə muta in sözləri ilə göstərilir.

Diapazonu kontraktava do–bemoldan dördüncü oktava fa–diyezə qədərdir; notlar akkolada ilə birləşən iki not xəttində, adətən, skripkabas açarlarında yazılır (fortepianoda olduğu kimi).

A. çox incə tembrə malikdir. Çalma texnikası müxtəlifdir, akkord, arpecio, qlissando, flajolet və s. üsullardan istifadə olunur.
Copyright © Musigi Dunyasi, 2007