Ariya
(ital. aria – hava, təranə)

– 1. Operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində müğənni tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü.

Adətən A.-dan əvvəl orkestr girişi və reçitativ səslənir.

A.-nın müxtəlif növləri var: arietta, ariozo, kavatina, kabaletta və s.

2.Opera A.-sı tipli solist müğənni üçün nəzərdə tutulmuş konsert pyesi.

3. Ahəngli melodiyaya malik instrumental pyesin adı.
- Üzeyir Hacıbəyov. "Koroğlu". Nigarın ariyası.
- Koroğlu ariyası.
Copyright © Musigi Dunyasi, 2007