Balet
(fr. ballet, ital. ballo – oynayıram, rəqs edirəm)

– 1. musiqili səhnə əsəri; məzmunu rəqslərlə ifadə olunan, orkestr musiqisinin müşayiəti ilə göstərilən tamaşa; rəqslərdən ibarət teatr tamaşası.

2.B. tamaşası üçün yazılmış musiqi əsəri; B. musiqisi müstəqil bədii əhəmiyyət kəsb edir və konsert estradasında ifa olunur.

Müxtəlif məzmunlu baletlərdə (operada olduğu kimi) fantastik və əyləncəli süjetlərlə yanaşı, ən dərin və təsirli mövzular təcəssüm olunur.

3.Rəqs sənəti.
- Fikret Əmirov."Min bir gecə" baletindən fraqment. İki piano üçün işləyəni Adilə Vəkilova, Yeganə Axundova (piano, Ülviyyə Hacıbəyova (piano).
Copyright © Musigi Dunyasi, 2007