Baraban, təbil

zərb aləti. Müxtəlif növləri var:

1.Kiçik baraban, hərbi baraban və ya sadə baraban (ital. tamburo militare) – kiçik ölçülü zərb alətidir, gövdəsi hər iki üzünə dəri çəkilmiş taxta və ya metal silindrdən ibarətdir; iki taxta çubuqla vurmaqla çalınır. B.-da müxtəlif çalğı üsulları vasitəsilə yüksək registrdə kəskin və iti vurğulu, dəqiq ritmik ölçülü səslənmə əldə olunur.

2.Böyük baraban (ital. qran cassa), bəzən türk barabanı da adlandırlır – iri ölçülü zərb alətidir; gövdəsi ağacdan düzələn geniş silindrin üzərinə çəkilmiş dəridən ibarətdir. Uclarına mahud parça bağlanmış çubuqla çalınır. Aşağı registrdə güclü səslənməyə malikdir.
Copyright © Musigi Dunyasi, 2007