Kadensiya
(lat. cadere; ital. cadenza – sonluq)

– 1.Virtuoz pyesin hər hansı bir hissəsinin improvizə xarakterli geniş sonluğu.

Ansambl musiqisində solist tərəfindən müşayiətsiz ifa olunur, K. solistin ifa məharətinin parlaqlığının üzə çıxarılması üçün tətbiq olunur və texniki baxımdan çətin ifa üsullarından ibarətdir.

Çox vaxt solo partiyada ən parlaq yeri göstərir, buna görə də K. adətən musiqi kompozisiyasının ən gərgin anında, dönüş nöqtəsində yerləşdirilir (sonata formasında – kodadan və ya reprizadan əvvəl).

K. daha çox tematik motivlərin sərbəst işlənməsini əks etdirən müxtəlif passajlarla qurulur.

XIX əsrin II onilliyinə kimi K. çox vaxt ifaçılar tərəfindən yazılır və improvizasiya edilirdi.

2.Melodik və ya harmonik hərəkətin sonluğu, tamamlanması; kadansda olduğu kimi.
Copyright © Musigi Dunyasi, 2007