Kanon
(yun. kanon – qayda – qanun, nümunə)

– 1.Çoxsəsli musiqi növü; bütün səslər eyni bir melodiyanı eyni anda deyil, biri digərindən sonra ifa edir; kanonik imitasiya.

K. melodiyasını ifadə edən birinci səs proposta adlanır, propostanı təkrarlayan digər səslər risposta adlanır.

K. həm kiçik əsərlərin sərbəst forması kimi, həm də daha iri həcmli əsərlərin tərkibində ayrıca bir quruluş kimi rast gəlinir.

K. imitasiyada olduğu kimi müxtəlif növlərdən istifadə olunur. Bax: Sonsuz kanon (müttəsil kanon), ikiqat kanon.
Copyright © Musigi Dunyasi, 2007