Kantata
(ital. cantata, cantare oxumaq)

1. XVII əsrin əvvəllərində (İtaliyada) sonatadan fərqli olaraq, oxumaq üçün müşayiətli əsər;

2. solist müğənnilər, orkestr, həmçinin xor üçün yazılmış, bitmiş nömrələrdən ibarət olan və konsert planında ifa olunması nəzərdə tutulan əsər.

İfa tərzinə görə K. oratoriyaya bənzəyir; tədricən K. və oratoriyanın müəyyənləşdirən fərqlər yox olmuşdur; böyük həcmli K. oratoriyaya yaxınlaşır və adətən daha bütöv və inkişaflı süjetə malik olan lirik elementlərlə seçilir.
Copyright © Musigi Dunyasi, 2007