Kastanyeta
(isp. castanetas, lat. castanea - şabalıdı)

– iki və ya üç ağacdan, plastinkadan (lövhə), bir qurtaracağında iplə sərbəst birləşdirilən kiçik zərb aləti; Orkestr K. dəstə (qulp) ilə təchiz olunur.

K. barmaqlara geyinirlər (orkestrda tutacağından tuturlar); plastinkaları bir – birinə vurduqda şıqqıldayan, qırıq səslər yaranır.

İspaniyada, Cənubi İtaliyada, Latın Amerikası ölkələrində K. xalq çalğı aləti olduğuna görə daha çox yayılmışdır; rəqslərdə rəqs edənlər özlərini K.–də müşayiət edirlər.

Simfonik orkestrdə ispan və neopolitan xarakterli musiqinin ifa edilməsində K. xüsusi yer tutur.
Copyright © Musigi Dunyasi, 2007