Marş
(fr. marche – addımlamaq, irəli hərəkət etmək)

– 4/4 ölçülü, xanədə dəqiq ritmə malik pyes (nadir hallarda 2/4 və ya 6/8 ölçüdə olur), kollektiv yürüşü müşayiət etmək üçün nəzərdə tutulur.

M. musiqisindən addımlayan insanların hərəkətini birləşdirmək üçün, onlarda müəyyən əhval – ruhiyyə yaratmaq üçün istifadə olunur.

M. xarakterinə görə müxtəlif növlərə bölünür: təntənəli marş, yürüşmarşı, qarşılama marşı, matəm marşı və s.

Hərbi hissələrdə nəfəsli orkestr tərəfindən ifa olunan nizami marşlar çox tətbiq olunur.

M. müxtəlif növlərində öz əksini tapan bədii obrazlardan instrumental musiqidə və mahnılarda istifadə edilir.
Copyright © Musigi Dunyasi, 2007