Menuet
(fr. menuet: pas menus – kiçik addımlar)

– xalq mənşəli üçvurğulu ölçüyə əsaslanan rəqs.

XVII əsrdə Fransa sarayında yayılmışdı; mülayim tempdə dəbdəbəli hərəkətlərdən ibarət idi. İnstrumental musiqiyə daxil olunduqdan sonra M. daha tez temp və enerjili xarakter kəsb etmişdir.

XIX əsrin əvvəllərinə kimi sonata – simfonik silsilənin bir hissəsi kimi tətbiq olunmuşdur.
Copyright © Musigi Dunyasi, 2007