Simfonik orkestr

– bir neçə müxtəlif alətlər qrupundan – skripka, nəfəsli, zərb alətləri ailəsindən təşkil olunmuş orkestr. Alətlərin bu cür birləşməsi Avropada XVIII əsrin ortalarında meydana gəlmişdir.

S. orkestrin tərkibinə simli alətlər qrupu, ağac nəfəsli və mis nəfəsli alətlər qrupu, zərb alətləri qrupu daxildir.

Hal – hazırda tərkibindəki alətlərin müxtəlif növlərinə görə kiçik S. orkestr, böyük S. orkestrlər vardır. Həmçinin ikiqat və üçqat tərkibli orkestrlər təşkil olunur.
Copyright © Musigi Dunyasi, 2007