Bal–Kəbutər
(far. hərf. bal – qanad, kəbutər – göyərçin)

– 1.Şurhümayun dəstgahlarının mayəsində hər bir musiqi cümləsini ayrılıqda tamamlamaq üçün (kadans) hər dəfə zildən bəmə doğru kvarta intervalının çalınması (məsələn: tarda iki dəfə boş ağ simin və sonra bir dəfə boş sarı simin vurulması);

2.Orta əsr Azərbaycan klassik musiqisində rastrəvahi (rahab) dəstgahlarında Mavərənnəhr ilə Hicaz şöbələri arasında ifa olunan guşə;

3.Müasir azəri xalq musiqisində çahargah mayəsində çalınan instrumental epizod.
Copyright © Musigi Dunyasi, 2007