Əfşarı
(ovşarı)
– 1. Şur kökündə olan zərbli muğamlardan biri; 2.Aşıq musiqi – şeir yaradıcılığında şur kökündə gedən vokal – instrumental musiqi forması. Əsas ölçüsü zərbli muğamda olduğu kimi 2/4 – dir. Melodik və ritmik cəhətdən divani (bax) formasına çox oxşayır; 3.İran musiqisində şur dəstgahına mənsub şaxələrdən biri. Tərkibinə camədəran, bayatı-race, muyə, şikəstə, nəhib, qərai, Məsnəvi və şah Xətai şöbələri daxildir.