Electron
nəşrinin redaktorundan
Təhsil və kompüter texnologiyaları, bu gün təhsil prosesinin müasir informasiyalarla dolğunlaşdırılması həm pedaqoji, həm də mədəni-maarifçilik baxımından yalnız elektron nəşr kimi mürəkkəb bir məhsul, yaxud da şəbəkə informasiya resursları vasitəsilə hərtərəfli inteqrasiya oluna bilər.
Təqdim olunan Əfrasiyab Bədəlbəylinin «İzahlı-monoqrafik musiqi lüğəti» məhz belə məhsullara aid olub, müasir informasiya texnologiyalarının istifadəsi baxımından tədris informasiya resursudur. Öz mahiyyətinə görə bu, elektron dərsliyin baza formasıdır. Qəbul olunmuş məzmun – məna səviyyəsində terminoloji lüğət-ensiklopediyada onun əsasını təşkil edən informasiya kifayət qədər dolğun olması nəzərdə tutulur. Bu kimi standart tədris nəşləri ilə müqayisədə elektron nəşrlər təkcə peşəkar musiqiçiləri, musiqi, mədəniyyət və elm xadimlərini deyil, həmçinin, ona müraciət edən hər bir virtual oxucunu qane edir.
Bir tərəfdən, burada öz əksini tapmış Azərbaycanın ənənəvi musiqisinə dair informasiya və ya musiqi təcrübəsində geniş istifadə olunan terminlər, templər, nəşr formasına adekvat olmalıdır.Digər tərəfdən, multimedia məhsulu kimi, o, müvafiq servislə: qeydlər, hiperqeydlər, audio-vizual-videoqrafik əlavələr, açar sözlərin axtarışı və s. ilə xarakterizə olunur.
Ə. Bədəlbəylinin «İzahlı-monoqrafik musiqi lüğəti» elektron nəşrinin müəllif kollektivi ümid edir ki, yeni ensiklopediya tədris prosesində, uzaq təhsil müəssisələrində distansion tədris vasitəsi kimi geniş istifadə olunacaq.
Terminlərin çoxtəbəqəli izahı, hipermətnlərin verilməsi, böyük miqdarda didaktik multimedia materialının daxil edilməsi Azərbaycanın musiqi mədəniyyətinin tam şəkildə qavranılması və mənimsənilməsinə şərait yaradır.
«Musiqi Dünyası»nın kollektivi Musiqi Lüğətinin elektron nəşri üzərində işləyərkən, əlavə informasiya mənbələrinə – A. Doljanskinin «Qısa musiqi lüğəti» (Leninqrad, 1964), «Musiqi Ensiklopediyası» (Moskva, Sov. Ensiklopediya, 6 tom), «Dünyanın musiqi alətləri» (Minsk, 2001) kimi nəşrlərə müraciət etmişdir.
Bütün deyilənləri yekunlaşdıraraq, qeyd etməliyik ki, Ə. Bədəlbəylinin «İzahlı-monoqrafik musiqi lüğəti» tədris, elmi və maarifləndirmə yönümlü şəbəkə nəşri olub, virtual oxucunun Azərbaycanın ənənəvi biliklərindən bəhrələnməsi üçün sərbəst imkanlar açır və internet məkanında fənlərarası inteqrasiyanı, Şərq və Qərb mədəniyyətlərinin, musiqi elminin ideya və biliklərini zənginləşdirir.
Professor Tariyel
Məmmədov.